Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Gömrük Akademiyasının tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Martın 31-də Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup tələbəsi və “Könüllü gömrükçü” dəstəsinin üzvləri Azərbaycanlıların soyqırımının 104-cü ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Gənc nəslin milli ruhda yetişməsi, onların ölkəmizdə mövcud olan multikultural mühitin canlı şahidi olmaları məqsədilə təşkil edilən ziyarət zamanı iştirakçılar kompleksi gəzərək soyqırımına həsr olunmuş stendlərlə tanış olub, bələdçilər tərəfindən soyqırımın tarixi faktları haqqında ətraflı məlumatlandırılıblar.